Ağ Evin yaxınlığında iki Milli Qvardiya əsgərinə atəş açaraq onları ağır yaralayan şəxsin kimliyi açıqlanıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanvaldır.
O, bir əsgəri sinəsindən və başından vurduqdan sonra ikinci əsgərə atəş açıb. Hücum zamanı yaxınlıqda olan üçüncü əsgər onu dayandırıb. Yaralılar xəstəxanaya çatdırılıb və vəziyyətləri ağırdır.
Qeyd edilib ki, Lakanval ABŞ-yə 2021-ci ildə gəlib və Vaşinqton şəhərinə yerləşdiriib. O, güllələnib və xəstəxanaya aparılıb. Polis onun tək hərəkət etdiyini bildirir; motiv hələ məlum deyil.
Hüquq-mühafizə orqanları hadisəni mümkün terror aktı kimi araşdırır. Hazırda Vaşinqtonda 2400 Milli Qvardiya əsgəri yerləşdirilib.
Bizim.Media