“Sülh naminə təzyiqi Ukraynaya yox, Rusiyaya göstərmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski videomüraciəti zamanı deyib.
“Oyunçular dünyada hər yerdə yayırlar ki, guya Ukrayna müdafiə oluna bilmir. Onlar deyirlər ki, ukraynalı döyüşçülər ölkəni müdafiə edə bilməz.
Ukrayna ordusunun gündəlik döyüş nəticələri, xüsusi xidmət orqanlarımızın və uzaqmənzilli zərbələrimizin gündəlik nəticələri göstərir ki, Ukrayna öz maraqlarını müdafiə edə bilir”, – Ukrayna lideri bildirib.
Bizim.Media