Bundesver zərbə tipli pilotsuz uçuş aparatları ilə silahlandırılmış hərbi bölmələr yaratmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya quru qoşunlarının komandanı Kristian Froyding bildirib.
Bildirilib ki, belə ilk batareya 2027-ci ildə yaradılmalıdır, 2029-cu ilə qədər isə artıq altı belə bölmə olacağı gözlənilir.
Der Spiegel-in məlumatına görə, söhbət kamikadze dronlar kimi tanınan baraj tipli döyüş sursatlarından gedir.
Bizim.Media