Naməlum mənşəli pilotsuz uçuş aparatlarının (PUA) Moldovanın hava məkanını pozması ilə əlaqədar Rusiya səfiri Oleq Ozerov ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Telegram" kanalında dərc olunmuş açıqlamada bildirilib:
"Bu hadisələrlə əlaqədar olaraq Rusiya səfiri izahat verməsi üçün sabah (noyabrın 26-da) Xarici İşlər Nazirliyinə çağırılacaq".
Moldova Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 25-də 6 ədəd PUA müxtəlif vaxtlarda və yerlərdə ölkə sərhədini keçib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə yoxlamalar aparır. PUA-lardan birinin hissələri ölkənin şimalındakı Floreşt rayonunun Nijnie Kuqureştı yaşayış məntəqəsində aşkarlanıb.
Qeyd edək ki, Moldovada daha əvvəl də PUA-ların qalıqları, eləcə də Ukrayna hava hücumundan müdafiə raketləri tapılıb. Bu zaman da (ötən həftə) Moldova Xarici İşlər Nazirliyi Rusiya səfiri Oleq Ozerova etiraz ifadə etmişdi.
Rusiyalı diplomat isə bildirib ki, Moldova tərəfi uçuşun baş verdiyinə, bu dronların Rusiyada istehsal olunduğuna və ya Rusiya tərəfi tərəfindən qəsdən buraxıldığına dair heç bir dəlil təqdim etməyib.
Bizim.Media