Rusiya Kiyevdə Novus şəbəkəsinin cəmi bir il əvvəl istifadəyə verilmiş yeganə logistika mərkəzini məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Forbes yazıb.
Binanın yaxınlığında dörd nəfər həlak olan sürücünün cəsədi tapılıb, bir neçə nəfər də yaralanıb. Yanğın söndürülüb. Novus əməkdaşları sığınacaqda olduqları üçün xəsarət almayıblar.
Logistika mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Şirkət bildirib ki, dəymiş ziyanın qiymətləndirilməsi davam edir, lakin mağazalarda məhsul çatışmazlığı gözlənilmir, çünki təchizat marşrutları operativ şəkildə yenidən qurulacaq.
Bizim.Media