Türkiyənin Konya əyalətinin Beyşehir rayonunda tələbələri daşıyan avtobus yoldan çıxaraq aşıb.
Bizim.Media xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.
Bildirilib ki, hadisə nəticəsində 29 nəfər yaralanıb. Əraziyə təcili tibb yardım briqadaları göndərilib. Yaralılar Beyşehir Dövlət Xəstəxanasına yerləşdirilib.
Məlumata əsasən, onların sağlıq durumları yaxşıdır.
Bizim.Media