Ukraynada müharibənin dayandırılması ilə bağlı “sülh planı” üzərində işləməyə başlamazdan əvvəl sənədin həqiqi müəllifinin kim olduğuna aydınlıq gətirilməsi vacibdir.
Bizim.Media xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk bildirib.
Onun sözlərinə görə, müəyyən narahatlıqlara baxmayaraq, Polşa Avropa liderləri, Kanada və Yaponiya ilə birlikdə bu sənəd üzərində işləməyə hazırdır.
Bununla yanaşı, Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç Ukraynaya silah tədarükünü dəstəkləməyə davam edəcəklərini bəyan ediblər.

Bizim.Media