Donald Trampın Ukrayna üzrə sülh planı 23 noyabr, bazar günü Cenevrədə keçiriləcək Aİ, ABŞ və Ukrayna nümayəndələrinin görüşündə müzakirə olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya hökumət dairələrindəki mənbələrə istinadən DPA agentliyi məlumat yayıb.
Həmçinin bu məlumatı Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko X sosial şəbəkəsindəki səhifəsində təsdiqləyib.
“Trampın sülh planı üzrə Ukrayna və ABŞ arasında danışıqlar sabah Cenevrədə başlayacaq”, — deyə o yazıb.
Bizim.Media