ABŞ, Macarıstanda AES tikintisi ilə bağlı əsas Rusiya banklarına əməliyyatlar aparmağa icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Vaşinqton Rusiya banklarının Macarıstanın “Paks-2” atom elektrik stansiyası layihəsi çərçivəsində əməliyyatlar aparmasına icazə verib.
İcazə verilən 10 bank arasında “Sber”, VTB, Alfa-Bank və digər maliyyə qurumları da var. Həmçinin Milli Klirinq Mərkəzinə və Rusiya Mərkəzi Bankına da lisenziya təqdim edilib.
Bizim.Media