“Böyük Britaniya öz hərbçilərini Ukraynaya göndərməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili məlumat verib.
Nazirin sözlərinə görə, London atəşkəs olduğu təqdirdə “arzulular koalisiyası” təşəbbüsü çərçivəsində öz qoşunlarının göndərilməsi və yerləşdirilməsi üçün 130 milyon dollardan çox vəsait ayırmağa hazırdır.
Bizim.Media