İstanbulun Şişli rayonunda 25 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.
Həmin şəxslər şəhərdəki restoranlardan birində yemək yedikdən sonra qida zəhərlənməsi ehtimalı ilə hospitalizə olunublar.
Vilayətin Səhiyyə Departamentinin direktoru Güner bildirib ki, bütün zərərçəkənlərin vəziyyəti stabildir, onlar lazım olan tibbi müayinə və müalicəni alırlar.
Hadisənin səbəbləri araşdırılır.
Bizim.Media