Rusiya danışıqlar aparılması şərti ilə Xerson və Zaporojye vilayətlərinin bir hissəsini qaytara bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Sülh sazişi planına əsasən, ABŞ və digər ölkələr Krım və Donbası Rusiya ərazisi kimi tanıya bilərlər. Kiyev isə bu planın əksər maddələrinə qarşı çıxır.
Bundan əlavə, FT-nin iddiasına görə, rus dilinin Ukraynada rəsmi dövlət dili statusu alması təklif olunur. Digər şərt isə Rus Pravoslav Kilsəsinə rəsmi status verilməsidir.
Bizim.Media