İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Müdafiə Ordusunun (ÇAHAL) bölmələri Suriyailə sərhəddə yerləşən tampon zonada və Hərmoun dağının Suriya tərəfində qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Kats X sosial şəbəkəsində yazıb.
“İsrail Müdafiə Ordusu Hərmoun dağının zirvəsində və tampon zonasındakı (Suriyanın cənubunda) mövqeyində qalacaq”, deyə o, əlavə edib.
2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişdikdən sonra İsrail ordusu Ərəb Respublikasının sərhədində yerləşən cənub tampon zonasına öz qüvvələrini yerləşdirib. Həmin vaxt İsrail hərbçiləri Hərmoun dağ silsiləsinin Qolan təpələrində Suriya ərazisini müqavimətsiz ələ keçirib.
Bizim.Media