Britaniyada “Klaudiya” qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Guardian məlumat yayıb.
Ölkə ərazisi üzrə güclü yağışlar və daşqınlar gözlənilir. Daşqınlar həmçinin İngiltərənin digər bölgələrini və Şimali İrlandiyanı da əhatə edib, burada yağış və mümkün infrastruktur nasazlıqları ilə bağlı sarı xəbərdarlıq qüvvədədir.
Qasırğa Portuqaliyada da şiddətlə davam edir: iki gün ərzində ən azı iki nəfər həlak olub, onlarla insan itkin düşüb.
Bölgədə daşqınlar, torpaq sürüşmələri və ev çökmələri daxil olmaqla 1.800-dən çox hadisə qeydə alınıb.


Bizim.Media