İstanbulun Beşiktaş rayonunda metro tikintisi zamanı çökmə baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Kabataş prospektində metro tikintisində naməlum səbəbdən çökmə olub.
Dağıntılar altında insanların qaldığı bildirilir.
Həmçinin qəza zamanı xəsarət alanlar olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub.
Bizim.Media