İsrailin XİN rəhbəri İranı piratlıqda və qlobal ticarətə təhdiddə ittiham edib.
Bizim.Media xəbər verir ki, İsrailin xarici işlər naziri Saar bildirib ki, İran Marşall adalarının bayrağı altında üzən gəmini ələ keçirdiyini açıq şəkildə etiraf edib.
Onun sözlərinə görə, İran və onun dəstəklədiyi husilər pirat dövlət kimi fəaliyyət göstərir və dəniz yolları üçün təhdid yaradır.
Saar vurğulayıb ki, İranın addımları təkcə Yaxın Şərq üçün deyil, bütün dünya, o cümlədən beynəlxalq ticarət üçün təhlükəlidir. O, beynəlxalq ictimaiyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dərhal terrorçu təşkilat kimi tanımağa çağırıb.
Bizim.Media