Livan İsrailin “mavi xəttdən” kənarda divar tikintisinə görə BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Livan prezident administrasiyası yaxın vaxtlarda İsrailə qarşı BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət təqdim edəcəyini açıqlayıb. Buna səbəb İsrailin cənub sərhədi boyunca beton divar tikməsi və Beyrutun iddiasına görə bu divarın BMT-nin 2000-ci ildə İsrail qoşunlarının Cənubi Livandan çıxarılmasından sonra müəyyən etdiyi “mavi xətti” keçməsidir.
Bizim.Media