ABŞ Serbiyanın dövlət neft şirkəti olan NIS-dən (Naftna Industrija Srbije) Rusiyanın tam çıxmasını tələb edir ki, sanksiyalar ləğv olunsun.
Bizim.Media xəbər verir ki, bu barədə Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç Vreme nəşrinə bildirib.
Nazirin sözlərinə görə, pis xəbər ondadır ki, “NIS-in fəaliyyətini davam etdirə biləcəyi bir gün belə yoxdur”.
“O başadüşüləndir ki, yeddi-səkkiz günə sahibkarın dəyişdirilməsi mümkün deyil. Sahibkarlıq dəyişdirilməsi ilə bağlı danışıqlar üçün 13 fevrala qədər etibarlı olan icazə alınıb, amma NIS və neft emalı zavodunun fəaliyyətinin davamı üçün deyil”, — deyə Cedoviç-Handanoviç izah edib.
Bizim.Media