“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir”.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun sabiq baş katibi Yens Stoltenberq bildirib.
“Prezident Zelenskinin korrupsiya ilə həqiqətən ciddi mübarizə apardığını bilirəm və biz bu səylərdə onu dəstəkləməliyik. Amma düzgün yanaşma Ukraynaya yardımı azaltmaq deyil.
Ukraynaya əhəmiyyətli iqtisadi və hərbi dəstəyi davam etdirmək və sonra ona korrupsiya ilə mübarizədə kömək etmək lazımdır. Çünki bu, Ukraynanın Rusiya təcavüzünü dayandıra bilməsi üçün təcili və vacibdir”, — Stoltenberq deyib.
Bizim.Media