Rusiyanın Primorsk diyarında məktəbdə baş verən qalmaqalla bağlı prokurorluq araşdırmaya başlayıb.
Bizim.Media xəbər verir ki, BAZA Telegram kanalında yayılan videoda məktəbin riyaziyyat müəlliməsinin şagirdlərə qarşı zorakılıq etdiyi əks olunub.
Valideynlərin sözlərinə görə, yeddinci sinif şagirdləri dərslərə qorxu içində gəlirlər, çünki müəllim tez-tez aqressiya göstərir — stulla hədələyir, uşaqlara əl qaldırır və bəzən onların ağzını skotçla bağlayır.
Məlum olub ki, hadisələr sinifdəki müşahidə kameralarının qarşısında baş verib. Kadrlar internetdə yayıldıqdan sonra məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatıb.
Hazırda baş verənlərin səbəbləri və məktəb rəhbərliyinin fəaliyyəti araşdırılır.
Bizim.Media