Burada qadınlar deyil, kişilər “gəlin” olur - Fotolar

İndoneziyanın Qərbi Sumatra adasında yaşayan Minanqkabau icması 4,5 milyon nəfərlik əhalisi ilə dünyanın ən böyük ana hakimiyyətli (matriarxal) cəmiyyəti kimi tanınır.

Bizim.Media xəbər verir ki, bu unikal toplumda kişilər arvadlarının evinə köçür, miras isə qadınlara çatır.

Əfsanəyə görə, Koto Batu krallığını quran Maharajo Dirajo XII əsrin ortalarında vəfat etdikdə, üç həyat yoldaşından üç oğlu var idi. Onun ilk arvadı Puti Indo Jalito uşaqların qayğısını və krallığın idarəsini öz üzərinə götürərək, Minanqkabau icmasında ana hakimiyyətinin əsasını qoyub.

Minanqkabaularda evlilik ənənələri tamamilə fərqlidir — burada “qız istəmək” adəti yoxdur.

Qadınlar evlənmək üçün təklifi irəli sürür, kişilər isə “gəlin” olur. Onlar arvadlarının evinə köçür və ailə içərisində qonaq kimi qəbul edilirlər.

Kişilər və uşaqlar qadının soyadını daşıyır. Hətta arvadları tərəfindən evdən qovulan kişilər üçün adada xüsusi “sığınacaq otaqları” da mövcuddur.

Tarixən animist inanca sahib olan minanq xalqı təbiətə sitayiş edib. Daha sonra hinduizm və buddizmin təsiri altına düşüblər. Matriarxal mədəniyyətlərinə baxmayaraq, bu xalq sonradan İslam dinini də qəbul edib və öz adətləri ilə birləşdirib.

İslam ənənələrinə görə, gəlin ər evinə köçür, lakin Minanq icmasında bunun əksi baş verir — bəy gəlinin evinə köçür və onun ailəsi ilə birlikdə yaşayır.

Gəlinin qiyməti bəyin təhsilinə və peşəsinə əsasən, gəlinin ailəsi tərəfindən müəyyən edilir. Toy günü bəy evindən çıxarılaraq, gəlinin evinə gətirilir, burada İslam qaydalarına uyğun nikah bağlanır. Mərasim zamanı bəy ənənəvi musiqi və qarışıq cinsli rəqslərlə qarşılanır.

Minanqkabau adasında nəsil ana xətti ilə ötürülür. Bütün toy xərclərini qadın tərəfi qarşılayır. Qadınlar işləyib ailəni dolandırır, kişilər isə daha çox ev işləri və uşaqlara qayğı ilə məşğul olurlar.

Evlilik zamanı gəlin ailəsi ənənəvi geyimlər geyinərək başlarında pul, yemək və hədiyyələr daşıyır. Evləndikdən sonra Minanq qadınları sosial və iqtisadi imtiyazlara sahib olurlar.

Ailənin idarəsi və mülkiyyətin qorunması yaşlı qadınların əlindədir. Onlar torpaq sahibliyi, ailə münasibətləri və icma daxilində mübahisələrin həlli kimi məsələlərdə əsas söz sahibidirlər. (qafqazinfo.az)






Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO

Səhhətində problem yarandığını açıqladı

Səhhətində problem yarandığını açıqladı

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

İranda daha bir "Bəsic" komandiri öldürüldü - FOTO

Elmar Qarayevə yüksək vəzifə verildi

Elmar Qarayevə yüksək vəzifə verildi

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Bu yerlərdə bayram namazı qılmaq GÜNAHDIR

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

Jurnalistlər canlı yayımda İsrailin raket hücumunun hədəfinə çevrildi – ANBAAN VİDEO

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

“Kayzerslautern” Mahir Emreli ilə bağlı AFFA-ya MÜRACİƏT ETDİ

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu – VİDEO

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Msanqa “Şamaxı”nı tərk edir?

Msanqa “Şamaxı”nı tərk edir?

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Masazırda 38 yaşlı qadın dayəlik etdiyi evdə həyatını itirdi

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

End of content

No more pages to load

RADİO