Tramp faktoru BBC-ni ifşa etdi: Azərbaycanın haqlı mövqeyi öz təsdiqini tapdı -TƏHLİL

BBC-nin ABŞ Prezidenti Donald Trampın çıxışını təhrif etməsi ilə bağlı ortaya çıxan yeni faktlar bu media qurumunun illərdir tənqid olunan qərəzli redaksiya xəttinin təsadüfi deyil, sistemli xarakter daşıdığını bir daha üzə çıxarıb. İddiaların mənbəyi isə BBC-nin özünün keçmiş əməkdaşı – jurnalist Maykl Preskott tərəfindən Direktorlar Şurasına ünvanlanmış mektubdur.
 

Preskott sənəddə açıq şəkildə bildirir ki, 2021-ci il 6 yanvar hadisələrindən əvvəl Donald Trampın çıxışı BBC tərəfindən bilərəkdən kontekstdən çıxarılıb, xronologiya pozulub və çıxışın hissələri seçmə şəkildə kəsilərək prezidentin sözlərinə fərqli məna verilib. Bu, sadəcə redaksiya səhvi deyil – ictimai rəyi formalaşdırmaq məqsədilə aparılmış siyasi yönümlü montajdır.


ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt də ittihamları daha kəskin formada təsdiqləyərək BBC-ni “solçu təbliğat maşını” və “tamamilə saxta media” adlandırıb.

Onun sözlərinə görə, yayımlanan video qərəzli şəkildə hazırlanmış, Trampın ritorikasını radikal göstərmək üçün montaj edilmiş materialdır və BBC-nin uzun müddətdir davam edən ideoloji mövqeyinin növbəti sübutudur. Media ekspertləri isə hesab edirlər ki, kontekstin dəyişdirilməsi, ardıcıllığın pozulması və selektiv kadrların istifadəsi BBC-nin obyektivlik iddiasını ciddi şəkildə sual altına qoyur.

Eyni metodologiya Azərbaycana qarşı: Vətən müharibəsi dövründə yönləndirilmiş informasiya xətti


BBC-nin Trampla bağlı tətbiq etdiyi bu manipulyativ metodologiya əvvəllər Azərbaycana qarşı dəfələrlə istifadə olunub. Xüsusilə Vətən müharibəsi dövründə Qərb mediasında, o cümlədən BBC-nin publikalarında Azərbaycanın mövqeyinin ya yumşaldıldığı, ya da tamamilə gözdən salındığı açıq şəkildə müşahidə olunurdu.
 

Ermənistanın Gəncə, Bərdə və Tərtərə raket hücumları zamanı mülki əhalinin qətlə yetirilməsi kimi faktlar BBC reportajlarında ya natamam, ya da ikinci dərəcəli mövzu kimi təqdim edilirdi. Bu isə informasiya balansının pozulmasından daha çox siyasi manipulyasiya kimi qiymətləndirilirdi.

 

Bu informasiya boşluğunu jurnalistlər də qərəzli şəkildə doldururdu. Kanadalı “jurnalist” Neil Hauer müharibə günlərində bölgəyə gəlmədən əvvəl artıq BBC-nin Gəncə barədə reportajını “nifrətlə” tənqid edir, yəni mövqeyini faktlardan deyil, ideoloji qəlibdən çıxış edərək formalaşdırırdı. Onun hazırladığı materiallar müharibə zamanı yalan məlumat yaydığı sübuta yetirilmiş “WarGonzo” kanalına əsaslanırdı.

Daha sonra BBC-yə verdiyi müsahibədə Xankəndidəki vəziyyəti geniş təsvir etsə də, Ermənistanın Azərbaycan şəhərlərini raketlə hədəfə alması barədə bir kəlmə belə deməməsi isə qərəzin nə qədər məqsədli olduğunu aydın göstərirdi.

Dezinformasiyanın strukturu: seçmə faktlar, birtərəfli mənbələr və siyasi manipulyasiya

Dezinformasiyanın yayılmasında maraqlı tərəflər mövcuddur”

Hauer-in istifadə etdiyi “mənbələrin Stepanakertdəki yaxşı məlumatlı şəxslər olması” onun məlumatlarının etibarsızlığını tam təsdiqləyirdi. Yalnız bir tərəfi təmsil edən, təsdiqlənməmiş iddiaları “vahid həqiqət” kimi təqdim etmək müasir jurnalistika standartlarına tamamilə ziddir.
 

Bütün bu nümunələr – BBC-nin Trampın çıxışını manipulyasiya etməsi, Vətən müharibəsi dövründə Azərbaycana qarşı yönləndirilmiş informasiya siyasəti və Hauer kimi şəxslərin bu xətti gücləndirməsi – göstərir ki, problem ayrı-ayrı jurnalistlərdə yox, BBC-nin redaksiya mədəniyyətinin özündədir.


Bu səbəbdən də Azərbaycanda fəaliyyəti dayandırılmış BBC nümayəndəliyinin bəzi əməkdaşlarının yenidən ölkə daxilində “jurnalist fəaliyyəti” adı altında sorğular göndərməsi və araşdırmalar aparması qanunsuzdur. Medianın İnkişafı Agentliyinin açıqlamasına görə, BBC-nin Azərbaycanda fəaliyyətinə icazə verən beynəlxalq müqavilə yoxdur, nümayəndəlik hüquqi reyestrdən çıxarılıb və əməkdaşların akkreditasiyası ləğv edilib. Bu isə BBC tərəfindən aparılan hər hansı informasiya toplanmasının milli qanunvericiliyə zidd olması deməkdir.

Tramp çıxışının təhrif edilməsi BBC-nin Azərbaycana qarşı illərdir apardığı informasiya savaşını təsdiq etdi

BBC says Trump threatens to sue over speech-editing controversy

BBC-nin Donald Trampın çıxışını təhrif etməsi ilə bağlı ortaya çıxan faktlar qurumun informasiya siyasətində qərəzin təsadüfi deyil, sistemli olduğunu sübut edir. Bu ifşa bir daha göstərir ki, Vətən müharibəsi dövründə Azərbaycana qarşı qurulan informasiya narrativləri də eyni metodlarla hazırlanıb: kontekstin dəyişdirilməsi, faktların seçmə şəkildə təqdim edilməsi, birtərəfli mənbələrə əsaslanma və siyasi məqsədli montajlar.
 

Bu gün Trampın çıxışının manipulyasiya edilməsi ilə bağlı qalmaqal həm beynəlxalq media mühitinin ciddi problemlərlə üzləşdiyini, həm də Azərbaycanın illərdir bütün beynəlxalq platformalarda səsləndirdiyi şikayətlərin tamamilə əsaslı olduğunu sübut edir. Yəni BBC-nin öz içindən gələn ifşa göstərir ki, qurumun informasiya siyasəti obyektivlik prinsiplərinə yox, siyasi yönümlü media mühəndisliyinə əsaslanır.


Beləliklə, Tramp hadisəsi yalnız ABŞ siyasi sistemində deyil, beynəlxalq informasiya mühitində də dərin iz buraxır: BBC-nin təhrif mexanizmi açıq şəkildə ortaya qoyulur və bu mexanizmin Azərbaycana qarşı illərdir necə işlədiyi tam aydın görünür.

Bu reallıq informasiya təhlükəsizliyinin və obyektiv jurnalistikanın qorunması üçün ciddi islahatlara ehtiyac olduğunu bir daha göstərir. (Mənbə: apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən AZAD EDİLDİ

Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən AZAD EDİLDİ

Asiya klubu azərbaycanlı futbolçularla yollarını AYIRDI

Asiya klubu azərbaycanlı futbolçularla yollarını AYIRDI

Azərbaycanda nazirlik əməkdaşı silahla saxlanıldı - HƏBS EDİLDİ

Azərbaycanda nazirlik əməkdaşı silahla saxlanıldı - HƏBS EDİLDİ

Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Türkiyəyə aparılacaq – FOTO

Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Türkiyəyə aparılacaq – FOTO

DİQQƏT! Sabah Bakının 2 rayonunda qaz olmayacaq

DİQQƏT! Sabah Bakının 2 rayonunda qaz olmayacaq

Zəngəzur dəhlizinin inşasına nə vaxt başlanacaq? – Paşinyan tarixi açıqladı

Zəngəzur dəhlizinin inşasına nə vaxt başlanacaq? – Paşinyan tarixi açıqladı

MDB liderləri Yeni il öncəsi bir araya gələcək– Putindən açıqlama

MDB liderləri Yeni il öncəsi bir araya gələcək– Putindən açıqlama

Bakı-Şamaxı yolunda yük maşını aşdı

Bakı-Şamaxı yolunda yük maşını aşdı

Azərbaycan COP-a sədrliyi Braziliyaya TƏHVİL VERDİ – FOTO

Azərbaycan COP-a sədrliyi Braziliyaya TƏHVİL VERDİ – FOTO

Gələn il dövlət büdcəsindən 8 milyard manat əməkhaqqına yönəldiləcək

Gələn il dövlət büdcəsindən 8 milyard manat əməkhaqqına yönəldiləcək

Fərhad Məmmədov: “Belə davam edərsə, Aİ sülh prosesinin heç bir mərhələsində iştirak edə bilməz”

Fərhad Məmmədov: “Belə davam edərsə, Aİ sülh prosesinin heç bir mərhələsində iştirak edə bilməz”

Kino sahəsinə büdcədən vəsait ayrılmamasına tanınmış kinorejissordan REAKSİYA

Kino sahəsinə büdcədən vəsait ayrılmamasına tanınmış kinorejissordan REAKSİYA

Vəfa Şərifovaya AĞIR İTKİ

Vəfa Şərifovaya AĞIR İTKİ

Dadaş Dadaşbəyli İslam Oyunlarını iki medalla BAŞA VURDU

Dadaş Dadaşbəyli İslam Oyunlarını iki medalla BAŞA VURDU

Gələn il üçün “dəfn pulu”nun MƏBLƏĞİ AÇIQLANDI

Gələn il üçün “dəfn pulu”nun MƏBLƏĞİ AÇIQLANDI

Beyləqanda itkin düşən qadının sümükləri tapıldı – FOTO

Beyləqanda itkin düşən qadının sümükləri tapıldı – FOTO

Ərdoğan: “Təyyarə qəzasında şəhid olan 19 nəfərin cəsədi tapılıb, birinin axtarışı davam edir”

Ərdoğan: “Təyyarə qəzasında şəhid olan 19 nəfərin cəsədi tapılıb, birinin axtarışı davam edir”

Lavrov vəzifəsindən kənarlaşdırılıb? - Kreml görüşlərində iştirak etmir

Lavrov vəzifəsindən kənarlaşdırılıb? - Kreml görüşlərində iştirak etmir

Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ - FOTO

Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ - FOTO

Tramp faktoru BBC-ni ifşa etdi: Azərbaycanın haqlı mövqeyi öz təsdiqini tapdı -TƏHLİL

Tramp faktoru BBC-ni ifşa etdi: Azərbaycanın haqlı mövqeyi öz təsdiqini tapdı -TƏHLİL

Bakıda mikroavtobus sürücüsü işıqforu vuraraq aşırdı – VİDEO

Bakıda mikroavtobus sürücüsü işıqforu vuraraq aşırdı – VİDEO

Soçinin “kölgə kralı” Ruben Tatulyan Ermənistanda SAXLANILDI

Soçinin “kölgə kralı” Ruben Tatulyan Ermənistanda SAXLANILDI

Orban futbola görə İrəvana gedəcək

Orban futbola görə İrəvana gedəcək

Azərbaycan klubu Çempionlar Liqaısında növbəti oyununu keçirəcək

Azərbaycan klubu Çempionlar Liqaısında növbəti oyununu keçirəcək

End of content

No more pages to load

RADİO