İnterseptor dronların (düşmən dronlarını aşkar edərək məhv edən PUA) uğurlu əməliyyatlarının sayı sürətlə artır. Təkcə bu ayın əvvəlindən, bu gecə də daxil olmaqla rusların 150-dən dronu məhv edilib.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı bildirib ki, dron idarəetməsi üzrə təlim keçən ekipajların sayı da getdikcə artacaq:
“Bundan əlavə, Ukrayna tərəfdaş ölkələrlə birlikdə belə interseptor dronların birgə istehsalı üzərində işləyir”
Bizim.Media