Dünya nüvə müharibəsinin astanasında - İlk addımı kim atacaq?

ABŞ Prezidenti Donald Tramp "üçüncü dünya müharibəsi olmayacaq və biz bunun heç bir yerdə başlamasını istəmirik" deyə bəyan etsə də, artıq bu müharibə gedir.

Ukrayna ətrafında cərəyan edən münaqişə də bunu təsdiqləyir. Ukrayna müharibəsi dünyanı ikiyə bölüb, qütbləşmə güclənib.
 

Fövqəldövlətlər - ABŞ, Çin və Rusiya arasında rəqabətin dərinləşməsi, enerji, ticarət və təhlükəsizlik sahəsində yaranan qarşıdurmalar, eləcə də regional blokların silahlanmanı artırması yeni müharibə narahatlıqlarını gücləndirir.


"Soyuq müharibə" dövründən fərqli olaraq, indi dünya çoxqütblü, lakin eyni zamanda daha qeyri-sabit bir mərhələyə qədəm qoyub.

Bizim.Media "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:

Növbəti müharibənin də "ev sahibi" Avropa olacaq?

21-ci əsrin 25 ili lokal və regional konfliktlər, etnik qarşıdurmalar və silsilə terror aktlarının "bolluğu" ilə yadda qalıb. Hər iki dünya müharibəsinin başlandığı Avropa növbəti dünya müharibəsinə də "ev sahibliyi" edir.

Dünyanın gözü qarşısında Rusiya Avropada sərhədləri dəyişdirir və ərazi bütövlüyünü dəfələrlə tanıdığı Ukraynanın suveren ərazilərini özünə birləşdirməyə çalışır. Ayrı-ayrı siyasətçilər, o cümlədən prezidentlər, baş nazirlər dəfələrlə bu barədə fikirlər səsləndirib, xəbərdarlıq ediblər. Elə Azərbaycan Prezidenti İlham Əliyev də yerli telekanallara müsahibələrindən birində demişdi ki, indi faktiki olaraq üçüncü dünya müharibəsi gedir.

1962-ci il böhranının təkrarı

Rusiya-Ukrayna müharibəsi uzanır, NATO ilə Moskva arasında qarşıdurma və nüvə təhdidləri artır, Avropa ən riskli bölgələrdən birinə çevrilib. Eyni zamanda Yaxın Şərqdə İran-İsrail münasibətləri gərginliyini saxlayır, Fələstin böhranı həllini tapmayıb... Asiyada isə Çin-Tayvan münasibətlərində hərbi risklər, Şimali Koreyanın raket sınaqları diqqət mərkəzindədir.

Bugünlərdə isə Fransanın "AgoraVox" nəşri xəbərdarlıq edib ki, NATO-nun Kalininqradı dənizdən blokadaya alması qlobal münaqişəyə səbəb ola bilər. "Əgər NATO Kalininqradın Baltik dənizinə çıxışını bağlamağa cəhd edərsə, 1962-ci il böhranı təkrarlana bilər", - deyə nəşr qeyd edir. Məqalənin müəllifləri vurğulayıblar ki, region Kuba raket böhranı hadisələrinə bənzər şəkildə beynəlxalq qarşıdurma üçün yeni bir qaynar nöqtəyə çevrilə bilər.

Bu müharibə sivilizasiyanın sonu ola bilər

Yeri gəlmişkən, son vaxtlar siyasətçilər və diplomatlar üçüncü dünya müharibəsindən, nüvə təhlükəsindən daha çox danışmağa başlayıblar. Məsələn, Serbiyanın sabiq baş nazir müavini Aleksandr Vulin deyib ki, üçüncü dünya müharibəsi çoxdan başlayıb, dünya nüvə müharibəsinin astanasındadır.
 

Onun fikrincə, bu, Almaniyanın birləşməsi və İkinci Dünya müharibəsinin nəticələrinin yenidən nəzərdən keçirilməsi ilə başlayıb. Vulin hesab edir ki, Qərb ölkələrinin siyasəti dünyanı nüvə müharibəsinin astanasına gətirib çıxarıb. Belə bir şəraitdə siyasətçi böyük gücləri təcili olaraq razılığa gəlməyə, birqütblü dünya nizamının sona çatdığını qəbul etməyə və yeni müqavilə imzalamağa çağırıb.


Onun sözlərinə görə, yeni müqavilə heç olmasa 50 illik dinc həyat və ya müharibələrsiz bir dövrü təmin etməlidir.

Vulin ABŞ Prezidenti Donald Trampın nüvə sınaqları ilə bağlı fikirlərini də şərh edərək söyləyib ki, Rusiyanı nüvə silahı ilə qorxutmaq təhlükəlidir:

"Rusiyanı nüvə silahı ilə qorxutmaq o qədər də ağıllı gediş deyil. Rusiyanın nüvə potensialına cavab vermək sivilizasiyanın sonu olardı".

İlk addımı Fransa atacaq?

Hesab edilir ki, Şərqi Avropadakı müharibənin gedişatında Fransa qoşunlarını Ukraynaya göndərərsə, bu, Rusiya ilə birbaşa döyüşlərə girmək demək olmayacaq.

Rusiya genişmiqyaslı hücumlarını effektiv şəkildə davam etdirərsə və müəyyən irəliləyiş əldə edib Kiyevə çatarsa, o halda Fransa ilə yanaşı, Böyük Britaniya, Almaniya, Polşa da Ukraynaya qoşun göndərə bilər.
 

Bu baş verərsə, artıq Avropa ilə Rusiya arasında birbaşa toqquşma olacaq və bu, dünya müharibəsinə gətirib çıxara bilər. Lakin Avropa və Rusiyanın belə bir eskalasiyaya getmələri inandırıcı görünmür. Məsələn, 1994-2005-ci illərdə Ukrayna örezidenti olmuş Leonid Kuçma hesab edir ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə sona doğru irəliləyir.


Ukrayna tarixində ikinci müddətə yenidən seçilən yeganə prezident olan Kuçma Rusiya ordusunun məruz qoyduğu mütəmadi kütləvi bombardmanları, nasist qoşunlarının Çerniqov vilayətindəki Kuçmanın doğma kəndi Çaykinonu bombalamalarıyla müqayisə edib.

Hadisələrin hansı variantının - indiki müharibənin sonu və ya üçüncü dünya müharibəsinin başlanğıcının - daha real olduğunu müqayisə edən Kuçma deyib:

"Ukraynalı olaraq mən ordumuzun gücünə inanıram, raket mütəxəssisi kimi isə - nüvə çəkindirmə gücünü bilirəm. Buna görə də, bizim müharibə mütləq nə vaxtsa bitəcək, üçüncü dünya müharibəsi isə yalnız nüvə müharibəsi ola bilər. O da çətin ki nə vaxtsa başlasın".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Bu markalı neft 154 dollara SATILIR

Bu markalı neft 154 dollara SATILIR

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

Şokalad alarkən diqqətli olun

Şokalad alarkən diqqətli olun

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

End of content

No more pages to load

RADİO