Avropada yeni münaqişə ocağı YARATMAQ PLANI – Hədəfdə bu ölkə var

Xəbər verdiyimiz kimi Serbiya prezidenti Aleksandr Vuçiç növbədənkənar prezident seçkilərinin keçirilməsinə razılıq verib. Lakin yeni seçkilərin tarixi hələ müəyyən edilməyib.
 

Yada salaq ki, genişmiqyaslı hökumət əleyhinə etirazlardan sonra Serbiya prezidenti Aleksandr Vuçiç iki il əvvəl – vaxtından əvvəl parlament seçkiləri keçirməyə razı olmuşdu.


Nəzərə alaq ki, Serbiyada mitinqlər uzun müddətdir davam edir. Bu ilin mart ayının əvvəllərində Belqradda hökumətin istefasını tələb edən kütləvi etirazlar daha mütəşəkkil keçmişdi.

O zaman bir milyondan çox insan hökumətin istefasını tələb etmişdi.

Bu gün də mitinqlər səngimir. Serbiya lideri təzyiqlər nəticəsində yenidən seçkilər keçirilməsinə razılığını bildirib.

Kimlər Serbiyada qarışıqlığın yaranmasını istəyir?

Təbii ki, Vuçiçin hakimiyyətdən getməsini həm ABŞ, həm də Avropa Birliyi istəyir. Bunun da müxtəlif səbəbləri var. Əsas səbəb odur ki, Vuçiç müstəqil siyasət yeridir. Bu isə Qərbin maraqlarına toxunur.
 

Serbiyanın müstəqil siyasəti Avropada ağalıq iddiasında olan Fransa və Almaniyanın da işinə yaramır. Fransa və Almaniya dəfələrlə Serbiyanı Kosovonın müstəqilliyini tanımağa çağırıb.


Lakin rəsmi Belqrad bu çağırışlara heç zaman müsbət cavab verməyib. Çünki Serbiya Kosovonun müstəqilliyinin tanınmasına öz ərazi bütövlüyünə zidd hesab edir. Ona görə də Serbiya rəhbərliyi Kosovo məsələsində öz prinsipialllığını qoruyur. 

Müharibə hazırlığı

Xatırladaq ki, bu yaxınlarda Serbiya Prezidenti Avropa ölkələri daxilində müdafiə xərclərinin artmasınına qəti etiraz etmişdi. Vuçiç bildirmişdi ki, əgər ÜDM-in 5 faizini müdafiə xərclərinə ayrılması böyük rəqəmdir. Bu o deməkdir ki, hamı müharibəyə hazırlaşır.

“Sual isə budur: kim hansı tərəfdə olacaq? Biz müharibədən qaçmaq istəyirik”, – deyə Vuçiç bildirmişdi.
 

Eyni zamanda Vuçiç bəzi məqamlarda Rusiyaya qarşı normal münasibət bəsləyən siyasətçi təsiri bağışlayır. Bu da həm ABŞ, həm də Avropa üçün arzuolunmaz haldır.


Digər əsaslı səbəb ABŞ münaqişə ocaqlarını Avropanın mərkəzinə daşımaq istəməsidir. Bu gün ABŞ üzdə Avropa İttifaqı ilə müttəfiq görünsə də, əslində bu belə deyil.

Ağ Ev daha zəif və üzüyola Avropa görmək istəyir. Bunun üçün də bütün imkanlardan yararlanmağa çalışan Vaşinqton hər vasitə ilə Avropada daha çox münaqişə ocağı yaratmağı hədəfləyir. ABŞ Ukrayna müharibəsindən sonra Avropa Birliyini böyük ölçüdə zəiflətdi.

İndi də münaqişə ocağını Avropanın mərkəzinə daşımaqla Ağ Ev Avropa Birliyini teli çəkilmiş bombanın üzərinə oturtmaq istəyir.

Nəzərə alaq ki, Serbiya uzun illərdir ki, aktiv münaqişə ocağı olaraq qalır.
 

Ötən əsrin sonlarında və 2000-ci ilin əvvəllərində bosniyalılarla, o cümlədən kosovolularla serblər arasında iri miqyaslı qanlı toqquşmalar oldu. O zaman serblərin lideri Slobadan Miloşeviç zindana atıldı, ölkə parçalandı. Lakin münaqişə sonlanmadı və Balkan regionu barıt çəlləyi olaraq qalmağa davam etdi.


Ona görə də Qərb rəsmi Belqradı cəzalandırmaq istəyir.

Niyə məhz indi?

Nəzərə alaq ki, son aylarda dünyadakı proseslər Qərbin istədiyi kimi getmir. Nə Ukraynada istənilən nəticə qazanılıb, nə də Rusiyaya qarşı vahid cəbhədə birləşmək mümkün olub.

Ona görə yeni münaqişə ocağı diqqəti əsas problemlərdən yayındırmaq üçün əvəzsiz metoddur.
 

Bu münaqişə üçünsə ən real namizəd Serbiyadır. Köhnə qitənin mərkəzində yerləşən Serbiyada qarışıqlığın yaranması aparıcı Avropa dövlətlərini güclü şəkildə sarsıda bilər.


Sarsıdıcı zərbədən sığortalanmaq üçün Fransa, Almaniya, Böyük Britaniya və digər dövlətlər Amerikaya sığınmaq istəyəcək. Belə olan halda isə Tramp öz istədiklərinin asanlıqla Avropa dövlətlərinin boynuna qoyacaq.

Ona görə də Serbiyada qarışıqlıqların yaradılması qlobal güclərin maraqlarına cavab verir.

Bəs Serbiya bu qarşıqlıqdan sığortalana biləcəkmi?

Bunu artıq zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi TƏKMİLLƏŞDİRİLDİ

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi TƏKMİLLƏŞDİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Nazirlərin maaşı ARTIRILDI

Nazirlərin maaşı ARTIRILDI

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezidentdən "ASAN xidmət"dəki digər dövlət orqanları işçiləri ilə bağlı FƏRMAN

Prezidentdən "ASAN xidmət"dəki digər dövlət orqanları işçiləri ilə bağlı FƏRMAN

Dövlət qulluqçularının maaşlarının baza hissəsi ARTIRILDI

Dövlət qulluqçularının maaşlarının baza hissəsi ARTIRILDI

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

End of content

No more pages to load

RADİO