İrandan NÜVƏ XƏBƏRDARLIĞI – İki həftə vaxt VERİLDİ

12 günlük müharibədən dərs çıxarmayan İran rəsmiləri deyəsən yenidən nüvə məsələsini gündəmə gətirməyə çalışırlar.

Belə ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Cavad Laricani ölkəsinin iki həftə ərzində nüvə silahı yarada biləcəyinin mümkünlüyünü vurğulayıb. Ardınca da o qeyd edib ki, amma ali dini lider Ayətullah Əli Xameneinin fətvası bunu qadağan edir.
 

"Əgər müharibə başlasa, bu barbarlıqla olmayacaq, hər iki tərəfin sərhədləri var. Həzrətin fətvasının (nüvə silahının yaradılmasının qadağan edilməsi haqqında) bir çox əsası var və şiə qanununda uzun bir tarixə malikdir. Ölkə iki həftədən az müddətdə atom bombası əldə edə bilər, amma biz dinimizə sadiqik", - o əlavə edib.


Göründüyü kimi, ali dini liderin müşaviri Cavad Laricani İranın iki həftəyə nüvə silahı əldə edə biləcəyini açıqlayıb. Halbuki 12 günlük müharibə fonunda İranın hərbi obyektlərinə endirilən zərbələrə əsaslanaraq, ABŞ və İsrail bəyan etmişdi ki, Tehranın nüvə silahı əldə etməklə bağlı lazım olan komponentlərə çatması üçün çox illər lazım gələcək.

Bu fonda Xameneinin müşavirinin açıqlaması regionda növbəti savaşın alovlanmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, Laricaninin açıqlaması reallığı əks etdirərsə, birmənalı şəkildə bu regionda növbəti müharibəyə rəvac verəcək:

“Cavad Laricaninin iki həftə ərzində İranın nüvə silahı yarada biləcəyini söyləməsi olduqca maraqlı açıqlamadır. Son zamanlar İran rəsmiləri nüvə silahı ilə bağlı olduqca ziddiyyətli fikirlər səsləndirirlər. Bir neçə gün bundan əvvəl prezident Pezeşkian açıqlama verdi ki, nüvə silahı əldə etməyi hədəfləməyiblər.

12 günlük müharibə əslində İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmişdi. Həmin toqquşma İran üçün ciddi itkilərlə yadda qaldı. Ölkənin nüvə obyektləri vuruldu. Nüvənin zənginləşdirilməsi proqramında aparıcı rol oynayan şəxslər zərərsizləşdirildi”.

İran nüvə silahı əldə etmək niyyətindədir.

Deputat fikrincə, bütün bunlara baxmayaraq, İran hələ də nüvə silahı əldə etmək istəyindən əl çəkməyib:

“O, bu silahı əldə etməklə öz gücünü göstərməyi hədəfləyib. Bayden adminstrasiyasının dövlət katibi Entoni Blinken ötən il İranın qısa müddət ərzində nüvə silahı əldə edəcəyilə bağlı həyəcan təbili çalmışdı.
 

Laricani növbəti dəfə belə bir açıqlama verməklə əslində hədəfi İrandan yayındırmaq istəyib. Bununla fikir formalaşdırmaq istəyirlər ki, İran ümumiyyətlə nüvə silahı əldə etmək niyyətində deyil. Sadəcə olaraq, digər məqsədlər üçün uranın zənginləşdirilməsini davam etdirirlər. Lakin buna baxmayaraq, hesab edirəm ki, İranın nüvə silahına sahib olmaq istəyi qüvvəsindədir. Onlar imkan olduqca fəaliyyətlərini məhz bu istiqamətdə quracaqlar.


ABŞ Prezidenti Tramp isə İran nüvə silahı əldə etməyə cəhd edərsə, onun qarşısının alınacağını deyib. Eyni zamanda, bildirib ki, İranla bu sahədə danışıqları davam etdirmək niyyətindədir. Guya İran da sanksiyalardan çıxmaq üçün əməkdaşlığa getməyə hazır olduğunu bildirib. İranın nüvə məsələsi təbii ki, yenə də diqqət mərkəzində saxlanılacaq. Vaşinqton da İranın nüvə silahı əldə etmək imkanının sıfırlanması istiqamətdə fəaliyyətini gücləndirəcək”.

Rüfət Sultan, Bizim.Media      

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

“Liverpul”un futbolçusu “Qızıl top”u QAZANDI

“Liverpul”un futbolçusu “Qızıl top”u QAZANDI

Aytən Səfərova “Park Bulvar”dakı kinoteatrdan şikayətçidir - VİDEO

Aytən Səfərova “Park Bulvar”dakı kinoteatrdan şikayətçidir - VİDEO

"Evde Tək"in aktyorları 35 il sonra BİR ARADA - FOTO

"Evde Tək"in aktyorları 35 il sonra BİR ARADA - FOTO

“Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

“Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı - RƏSMİ

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı - RƏSMİ

Çexiya millisinin yeni baş məşqçisi AÇIQLANDI

Çexiya millisinin yeni baş məşqçisi AÇIQLANDI

Vardanyan haqqında çəkilən “The Oligarch’s Design” sənədli filminin nümayişi oldu - FOTO

Vardanyan haqqında çəkilən “The Oligarch’s Design” sənədli filminin nümayişi oldu - FOTO

Azərbaycanın müxtəlif istiqamətlərində avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanın müxtəlif istiqamətlərində avtobus marşrutları müsabiqəyə çıxarılır

“Youtube”un işində texniki nazaslıq YARANDI

“Youtube”un işində texniki nazaslıq YARANDI

Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın rolundan DANIŞDI

Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın rolundan DANIŞDI

Dörd gün əvvəl ayrıldığı kluba QAYITDI

Dörd gün əvvəl ayrıldığı kluba QAYITDI

Nadir QƏZƏBLƏNDİ: “Müasirlik TikTok-da pozğunluğu təbliğ etmək deyil” - VİDEO

Nadir QƏZƏBLƏNDİ: “Müasirlik TikTok-da pozğunluğu təbliğ etmək deyil” - VİDEO

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

"İldə bir dəfə plastik-cərraha gedirik"

"İldə bir dəfə plastik-cərraha gedirik"

Məhkəmədə Arayikgilə son söz verilib - FOTO

Məhkəmədə Arayikgilə son söz verilib - FOTO

Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Quba”ya QALİB GƏLDİ

Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Quba”ya QALİB GƏLDİ

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası KEÇİRİLDİ

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası KEÇİRİLDİ

Pakistanlıya qarşı quldurluq edən şəxsə HÖKM OXUNDU

Pakistanlıya qarşı quldurluq edən şəxsə HÖKM OXUNDU

Birinci Liqa: “Şəfa” qələbə qazandı - VİDEO

Birinci Liqa: “Şəfa” qələbə qazandı - VİDEO

İtikin düşən digər balıqçının meyiti İranda tapıldı - VİDEO

İtikin düşən digər balıqçının meyiti İranda tapıldı - VİDEO

End of content

No more pages to load

RADİO