ABŞ-nin Alyaska ştatının sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 291 min nəfərin yaşadığı Ankoric şəhərindən 177 km şimalda, zəlzələ ocağı isə 23 km dərinlikdə olub.
Tələfat və ya dağıntılar barədə məlumat yoxdur. Bölgədə sunami təhlükəsi elan edilməyib.
Bizim.Media
 
			 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						 
						