Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin 5 noyabr 2025-ci il tarixindən etibarən 90 gün müddətinə uzadılması haqqında qərarlar imzalayıb.
Bizim.Media