ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Szinpin Cənubi Koreyanın Pusan şəhərində görüşüblər.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, görüş təxminən 1 saat 40 dəqiqə davam edib.
Danışıqlardan dərhal sonra Tramp xüsusi təyyarəsinə minərək Amerikaya uçub. O, jurnalistlərə açıqlamasında görüşün möhtəşəm keçdiyini və bir çox vacib məqamlar üzrə razılıq əldə olunduğunu bildirib.
ABŞ lideri görüşdə əsas müzakirə mövzusunun nadir torpaq mineralları ticarəti olduğu vurğulayıb:
“Bu məsələ də həll olundu. Bu, təkcə ABŞ üçün deyil, dünya miqyasında bir məsələ idi. Artıq sözügedən mineralların ticarətində heç bir maneə yoxdur”.
Tramp görüşdən dərhal sonra ABŞ-ın fentanil istehsalında istifadə olunan kimyəvi maddələrə tətbiq edilən rüsumları 20 faizdən 10 faizə endirdiyini elan edib.
Bizim.Media