“Əgər Rusiya NATO-nun ürəyinə - Brüsselə zərbə endirərsə, biz Moskvanı yer üzündən siləcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken “De Morgen” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qərb özünü qorxutmağa imkan verməməli və Rusiya hərbi gücünü ciddi qəbul etməlidir.
O əlavə edib ki, Rusiyanın Ukraynada hərbi yolla qələbə qazanması ehtimalı azdır, lakin neft gəlirlərini azaltmaqla onu iqtisadi cəhətdən sındırmaq mümkün ola bilər:
“Bu, təcavüzkarın hərbi iqtisadiyyatının mühərrikini boğmağa yardım edər”.
Bizim.Media