ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Li Çje Men ilə danışıqlar zamanı bildirib ki, o, Koreya yarımadasındakı problemi həll etmək üçün Şimali Koreya ilə əməkdaşlıq edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Tramp qeyd edib ki, bu proses müəyyən vaxt alacaq, “amma nəhayət hər şey həll olunacaq.”
O, həmçinin bildirib ki, bu dəfə ABŞ Şimali Koreya lideri Kim Çen In ilə görüş üçün razılıq əldə edə bilməyib.
Lakin Tramp vurğulayıb ki, onun Kim Çen In ilə çox yaxşı münasibətləri var və onlar bir-birilə çox yaxşı anlaşırlar.
Bizim.Media