Çernobılda mavi rəngli itlər peyda olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Belə ki, itlərin kimyəvi maddələrin təsirinə məruz qaldıqları üçün tüklərinin rənginin dəyişdiyi ehtimal olunur.
“Dogs of Chernobyl” könüllüləri həmin itlərin sağlam göründüyü bildiriblər. Lakin onlar hadisənin səbəblərini müəyyənləşdirmək üçün itləri tutmağı planlaşdırırlar.
Xatırladaq ki, daha əvvəl Nyu-York Universitetinin alimləri Çernobıl AES-in qadağan edilmiş zonasında yaşayan qurdlar üzərində xroniki radiasiyanın təsirlərini və onların təkamül prosesindəki dəyişiklikləri araşdırıblar.


Bizim.Media