Gecə saatlarında Rusiya ordusu Ukrayna ərazisinə növbəti hücumu həyata keçirib və bu dəfə 38 zərbə dronundan istifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən yayıb.
Məlumata görə, “Şahed”, “Herbera” və digər modellərə aid dronlar Kursk və Orlov istiqamətlərindən buraxılıb.
Saat 09:00-a olan məlumata əsasən, hava hücumundan müdafiə qüvvələri ölkənin şimal və şərq bölgələrində 26 rus dronunu məhv edib və ya zərərsizləşdirib.
Eyni zamanda, dörd ərazidə 12 dronun hədəfə düşməsi, daha bir yerdə isə vurulmuş aparatların qalıqlarının yerə düşməsi qeydə alınıb.
Bizim.Media