İsrail rəsmi olaraq Qəzzada Türkiyənin hərbi mövcudluğu imkanını rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bəyanat yayıb.
Bəyanata əsasən, İsrail Türkiyə qoşunlarının Qəzza zolağına daxil olmasına razılıq verməyəcək.
Qərar son illərdə Türkiyənin ritorika, diplomatiya və iqtisadi sahələrdə nümayiş etdirdiyi “düşmənçilik siyasəti” ilə əsaslandırılıb. İsrail bu mövqeyi barədə artıq ABŞ administrasiyasını məlumatlandırıb.
Bizim.Media