Kaliforniya qubernatoru prezident olmaq istəyir

Kaliforniya qubernatoru Qevin Nyusom Donald Tramp administrasiyasını açıq şəkildə tənqid edən siyasətçi kimi tanınır.

Bizim.Media xəbər verir ki, o, CBS News Sunday Morning verilişinə müsahibəsində bildirib ki, gələn il keçiriləcək aralıq seçkilərindən sonra 2028-ci il prezident seçkilərində iştirak etməyi nəzərdən keçirəcək.

“Konqresə aralıq seçkilərdən sonra prezidentliyə namizədliyini ciddi şəkildə düşünəcəksinizmi?” sualına Nyusom cavab verib: “Bəli, əks halda yalan demiş olardım.”
O, əlavə edib ki, “bunu taleyin özü müəyyən edəcək”.
 

Nyusomun qubernator kimi səlahiyyət müddəti 2027-ci ilin yanvarında başa çatır. Qanunlara görə, o, iki ardıcıl müddətdən artıq bu vəzifəyə namizəd ola bilməz. O, ilk dəfə 2018-ci ildə seçilib, 2021-ci ildə isə yenidən seçilib. Ötən ilin yayında The Economist və Bloomberg nəşrləri Nyusomu Cozef Baydenin Donald Tramp qarşısında uğursuz debatlarından sonra 2028-ci il prezident seçkilərində potensial varis kimi göstərmişdi.



CBS-ə müsahibəsində Nyusom hazırda diqqətini “Təklif 50” adlı qanun layihəsinin qəbuluna yönəltdiyini deyib. Bu təşəbbüs Kaliforniya demokratlarına Nümayəndələr Palatasına seçkilər üçün dairə sərhədlərini dəyişməyə imkan verəcək. Qubernatorun sözlərinə görə, bu, Tramp administrasiyasının Texasda dairələri dəyişdirməklə respublikaçılara üstünlük qazandırmaq cəhdlərinə cavabdır.

Nyusom Baydenin seçki yarışından çəkildiyi vaxt onu açıq şəkildə dəstəkləyib və CBS mənbələrinin məlumatına görə, onunla hələ də əlaqə saxlayır. Qubernator həmçinin keçmiş prezident Barak Obama ilə dostdur, Obama da “Təklif 50”ni dəstəkləyib.

Keçmiş vitse-prezident Kamala Harris 2024-cü ildə Trampa uduzmasına baxmayaraq, yenidən prezidentliyə namizədliyini istisna etmədiyini “BBC”yə açıqlayıb və ABŞ-da gələcəkdə bir qadının prezident olacağına inandığını bildirib.

Bloomberg nəşrinin məlumatına görə, digər potensial demokrat namizədlər arasında İllinoys qubernatoru Cey Pritsker, Kentakki qubernatoru Endi Beşir və Pensilvaniya qubernatoru Coş Şapiro var.

Respublikaçılar tərəfində isə vitse-prezident Cey Di Vens namizədliyə iddialı sayılır. ABŞ Konstitusiyasına görə, eyni şəxs iki dəfədən çox prezident seçilə bilməz, lakin Tramp bəyan edib ki, 22-ci düzəlişi “keçmək üçün yollar” mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

End of content

No more pages to load

RADİO