İranın Azadegan Futbol Liqasında baş verən insident sosial mediada gündəm olub.
Bizim.Media xəbər verir ki, “Damaş Gilan” və “Nəssaci Mazandaran” futbol komandaları arasında keçirilən oyunda Nəssaci rəqibini 5:0 hesabı ilə məğlub edib.
Beşinci qoldan sonra Damaşın qəzəbli kapitanlarından biri dözməyərək meydana daxil olub və komandasının qapıçısını təpiklə vurub. O, əsəbi halda qışqırıb: “Qapıçı ola bilmirsənsə, meydanı tərk et — yerinə mən keçərəm!”
Hadisə stadionda çaşqınlıq yaradıb və təhlükəsizlik xidmətinin laqeydliyi sosial şəbəkələrdə geniş tənqid olunub. İstifadəçilər oyunçuların təhlükəsizliyinin təmin olunmamasını və zəif stadion nəzarətini sərt şəkildə qınayıblar.
Bizim.Media