Ermənistanın Gümrü şəhərinin rusiyapərəst meri Vardan Qukasyana qarşı yeni cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.
Qeyd edilib ki, həbs edilən mer Ermənistanın digər ölkələrlə (Rusiya ilə – red.) birləşməsi barədə açıqlamalar verib.
Müdafiə tərəfi bildirir ki, irəli sürülən ittihamlar siyasi motivlidir və baş verənləri Qukasyana təzyiq forması kimi qiymətləndirir.
Bizim.Media