Vyetnamda ilk dəfə qadın baş nazirin müavini postuna təyin olunub.
Bizim.Media xəbər verir ki, Hanoyda parlamentin XV çağırışının yekun iclasında keçirilən səsvermənin nəticələrinə əsasən, 61 yaşlı Pham Thi Thanh Cha bu vəzifəyə rəsmi şəkildə təsdiqlənib.
Onun namizədliyini iştirak edən 430 deputatdan 429-u dəstəkləyib.
Bundan əvvəl o, Daxili İşlər Nazirliyinə və Zyalay (Gia Lai) vilayətinin partiya komitəsinə rəhbərlik edib.
Bizim.Media