“Bu gün Türkiyənin iştirakı olmadan heç bir beynəlxalq balans qurmaq mümkün deyil”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bu gün sülh, sakitlik və sabitlikdən danışıldıqda, ilk ağla gələn ölkə Türkiyə olur. Suriyadan Qəzzaya, Fars körfəzindən Rusiya və Ukrayna arasındakı münaqişəyədək Türkiyənin iştirakı olmadan heç bir beynəlxalq balans qurmaq mümkün deyil. Artıq elə bir Türkiyə var ki, onun sözü həm regionda, həm də bütün dünyada hörmətlə qarşılanır,” — deyə Türkiyə prezidenti bəyan edib.
Bizim.Media