Rusiyanın Kamçatka diyarında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 373 km aralıda baş verib. Zəlzələ ocağı 22,2 km dərinlikdə yerləşib.
Bizim.Media