Moskva şəhərində müdafiə sənayesi müəssisəsi “Soyuz”un baş konstruktoru Mkrtiç Okroyan barəsində qiyabi həbs qərarı çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Məlumata görə, Okroyan xüsusilə böyük miqyasda dələduzluqda ittiham olunur.
O, axtarışa verilib. Cinayət işinin təfərrüatları açıqlanmır.
Qeyd edək ki, sözügedən zavod X-22 qanadlı raketləri üçün mühərriklər istehsal edir.
Bizim.Media