Qazaxıstanın Belkopa qəsəbəsi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “Tengrinews”a istinadən xəbər verir ki, Samara-Şımkent avtomobil yolunda “DAF” markalı yük avtomobili ilə sərnişin mikroavtobusu toqquşub.
Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.
İlkin məlumata görə, qəzaya səbəb yük maşınının qarşı hərəkət zolağına çıxması olub.
Bizim.Media