Ermənistan rəsmi şəkildə Rusiya hökumətinə sürücülərin ölkədə qalma müddətinin 90 gündən 180 günə qədər uzadılmasını xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfi buna müsbət reaksiya verib.
Papoyan qeyd edib ki, müvafiq qanun layihəsi artıq Rusiya daxilində müzakirə olunur.
Xatırladaq ki, Ermənistan yük maşınlarının sürücüləri dünəndən etibarən Gürcüstanla sərhəddəki üç keçid məntəqəsində hərəkəti qismən bloklayıblar.
Bizim.Media