Avropa Rusiya neftini almaqdan imtina etsə, rus iqtisadiyyatına ölümcül zərbə vura bilər.
Axar.az “Politnavigator.net”ə istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı deputat Yuri Sirutyuk çıxış edib.
O, bu yolla sadəcə Rusiyanı torpağa basdırmağın mümkün olacağını deyib:
“Ən maraqlısı ondadır ki, ABŞ və Avropa sanksiyalar yürüdüb, amma müharibə aparan Ukrayna Rusiyaya qarşı heç bir sanksiya irəli sürmür. Bunu nə bank sektorunda, nə də ki, başqa yerdə görmək mümkündür. Ukrayna Radasının deputatı öz əməkhaqqını Rusiyanın Alfa bankından alır”.