Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftənin sonunda Türkiyədə danışıqları davam etdirəcəklər.
Bizim.Media xəbər verir ki, bu haqda Pakistanın Müdafiə naziri Xavaca Asif “X” sosial media platformasında yazıb.
“Nümayəndə heyətləri oktyabrın 25-də İstanbulda yenidən görüşəcək və biz bütün detalları müzakirə edəcəyik”, - deyə o, ölkələr arasında atəşkəs rejimini təsdiqləyib.
Bizim.Media