“Macarıstan görüşünün neçə tərəfli olacağını müəyyənləşdirmək lazımdır, amma bu, çox güman ki, ikitərəfli görüş olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Tramp Zelenski ilə Ağ Evdə danışıqların açıq hissəsində deyib.
O görüşün məhz Macarıstan seçilməsini belə izah edib: “Orban (Macarıstanın baş naziri Viktor Orbanı nəzərdə tutur - red.) yaxşı liderdir. Onu sevirik. Həm də ölkəsi sakit, təhlükəsiz ölkədir”.
Trampın sözlərinə görə, Zelenski ilə mütəmadi olaraq təmasda olacaq: “İki prezident arasında çox pis ədavət var. Çox çətin vəziyyətdir. Bu iki lider bir-birini sevmir. Biz bunu hamı üçün rahat etmək istəyirik. Beləliklə, bu və ya digər formada üç tərəf bu işə cəlb olunacaq.
Bizim.Media