Batman, Sirt və Mardinin 5 rayonunda küçəyə çıxma yasağı ləğv edilib.
Avropa.info-nun məlumatına görə, qarşıdurmalardan sonra pozulan asayiş və etimad mühitinin yenidən bərpa edilməsi üçün küçəyə çıxma yasağı 3 rayonda tamamilə, bir rayonda isə qismən ləğv edilib.
Diyarbəkirdə qadağa yalnız 18:00-06:00 saatlarında tətbiq olunacaq.
Mardin İcra Hakimiyyəti, Qızıltəpə, Nusaybin, Dərində, Mazıdağı və Darkeçit rayonlarında qoyulan küçəyə çıxma qadağasının bu gün səhərdən etibarən sona çatdığını bildirib.
Sirt icra hakimiyyəti də dünən alınan küçəyə çıxma qadağasının bu gün 07.00-dan sonra ləğv edildiyini bildirib.