Rusiya XİN sözçüsü Mariya Zaxarova “Time” jurnalının Donald Trampın uğursuz fotosunu üz qabığı üçün seçən redaktorları sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Diplomat bildirib ki, məsələ fotoda deyil, məhz həmin şəkli üz qabığına çıxarmağa qərar verən insanlardadır:
“Bunlar kinlə dolu, bəlkə də ruhi cəhətdən sağlam olmayan, hətta az qala əxlaqi sapıntıya uğramış adamlardır".
Zaxarova vurğulayıb ki, bu cür addımlar "siyasi manipulyasiya və qərəzli təəssürat yaratmaq” məqsədi daşıyır.
Bizim.Media