“Əgər Rusiya ilə birbaşa toqquşma baş verərsə, NATO ilk saatlarda Kalininqrad və Sevastopolu yerlə yeksan edəcək”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Ordusunun sabiq komandiri, general-leytenant Benedikt (Ben) Hodges bildirib.
Generalın bu fikri qorxunc və provokativ səslənsə də, o, bunu NATO-nun Rusiyanın Baltik və Qara dənizindəki strateji mövqelərini neytrallaşdırmaq məqsədilə operativ, qısa müddətli reaksiya qabiliyyətinin əhəmiyyətini vurğulamaq üçün deyib.
O, həmçinin alyansın “dərhal cavab vermə” qabiliyyətini gücləndirməyin vacibliyini qeyd edib.
Xatırladaq ki, Ben Hodges 2014–2017-ci illərdə ABŞ-ın Avropadakı Ordusuna (USAREUR) komandanlıq etmiş leytenant-generaldır və sonradan NATO və Avropa təhlükəsizliyi mövzularında ekspert kimi çıxış edir. Onun bəyanatları münaqişə risklərini azaltmaq üçün tərtib olunan mümkün hərbi ssenarilərin sərtliyini əks etdirir və siyasi ritorikada müzakirələrə səbəb olub.
Bizim.Media