İsrail blokadanı götürüb və humanitar yardım maşınları Qəzzaya yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri İsrail mətbuatı yayıb.
Gözlənilir ki, hər gün Qəzzaya yüzdən çox ərzaq və dərman daşıyan yük maşını daxil olacaq.
Atəşkəs şərtlərinə əsasən, Qəzzanın şimalı və cənubu arasında iki əsas yol üzrə sərbəst hərəkətə də icazə verilib.
Bizim.Media